Pendir çox təzadlı qidadır, o bir tərəfdən faydalı olsa da, digər tərəfdən orqanizm üçün zərərli ola bilər.
Bakupost.az xəbər verir ki, həkim endokrinoloq Zuhra Pavlova pendirin ağlagəlməyən zərərini açıqlayıb.
Pendirin tərkibində tiramin maddəsi var, o maddə asılılıq yaradır, insan bəzi sort pendirlərə elə alışır ki, sanki beyin onu tələb edir.
Yüksək sort, xüsusən kifli pendir deyilən növlər miqren yaradır.
Bir çox insanlar pendir yedikdən sonra başı ağrıyır, ürəkdə sancı, döyünmə, ayaqlarda əsmə, tərləmə ola bilir.
Unutmayaq ki, pendir 40% yağdan təşkil olunur. Ona görə onu ev heyvanlarına, körpələrə vermək olmaz.
Miqreni olanlar pendirlə birgə şərab, üzüm, qoz yeməməlidir. Əks təqdirdə çox güclü ağrı tuta bilər.
Piylənməsi olanlara, qaraciyər problemi və şəkərli diabetdə də kifli, yüksək sort, bərk, sarı pendirlər yemək olmaz.