Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pendirdəki TƏHLÜKƏ: Bu növü ürək üçün zərərlidir

  • 2024.05.17 13:59
  • 938 Baxış
Pendirdəki TƏHLÜKƏ:  Bu növü ürək üçün zərərlidir
Süd məhsulları sağlamlıq üçün faydalıdır. Pendir də yüksək zülal tərkibi və ehtiva etdiyi qida maddələrinə görə sağlam qidalar arasında göstərilir.

Ancaq nəzərə almaq lazımdır ki, yüksək yağ tərkibli pendirlər kalorilərlə zəngindir və həddindən artıq istehlak edildikdə çəki artımına səbəb ola bilər.

Bundan əlavə, bəzi pendirlər doymuş yağlarla zəngindir ki, bu da xolesterol səviyyəsini artıraraq ürək sağlamlığına mənfi təsir göstərir.

Medicina.az xəbər verir ki, ürək xəstəliyi riski olanlar üçün yağlı pendirlərin istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.

Pendir yüksək miqdarda natrium ehtiva edir, ona görə də həddindən artıq istehlak yüksək təzyiq, ürək xəstəlikləri ilə yanaşı, böyrək problemlərinə də səbəb ola bilər.

Bəzi insanlarda laktoza dözümsüzlüyü olduğu üçün tərkibində laktoza olan pendirlər həzm problemlərinə gətirib çıxarır. Bu vəziyyətdə laktozsuz pendir variantlarına üstünlük vermək olar.

Süd zülalına və ya digər pendir tərkiblərinə alergiyası olanlar üçün də pendir potensial təhlükədir.


Aysel