Əksər insanlar kalsium ilə bol olan pendiri yeməkdən zövq alırlar.
Medicina.az xəbər verir ki, tibb ekspertləri faydalı qida olaraq yeyilməsi zəruri deyilən pendir haqqında qeyri-adi açıqlamalar ediblər.
Alimlər qatıq yemənin döş xərçəngi riskini azaltdığını, bəzi pendir növlərinin isə, əskinə olaraq, bu riski artırdığını bildirirlər.
ABŞ-da xərçəng profilaktikası və nəzarət şöbəsində, döş xərçəngi diaqnozu qoyulan 1941 qadınla yanaşı, 1237 sağlam qadın arasında aylıq süd məhsulları istifadəsinə aid sorğu keçirilib.
Araşdırmalar nəticəsində süd məhsulları istifadə edən qadınlarda döş xərçəngi inkişaf riski yüzdə 15 daha aşağı olub.
Bununla yanaşı,pendirdən daha çox istifadə edən qadınlarda xərçəng riskinin 53% artdığı göstərilib.