Pendir Azərbaycan mətbəxtinin, xüsusilə də səhər yeməyi süfrələrinin ən əhəmiyyətli qidasıdır. Buna görə də amerikalı alimlərin araşdırması pendir və kərə yağını sevənləri təlaşlandıra bilər.
Medcina.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı alimlərin apardığı araşdırma zamanı məlum olub ki, pendir və kərə yağı kimi süd məhsulları kişilərdə prostat xərçəngi riskini artırır.
Araşdırmanın nəticələrinə görə, süd məhsullarından istifadə edən kişilərin prostat xərçəngi olma riski 7% faiz təşkil edir.
Mütəxəssislər süd və süd məhsullarının böyümə hormonu və kalsium səviyyəsini yüksəltdiyini düşünürü. Bu iki faktorun da prostat şişləri ilə əlaqəli olduğu söylənilir.