Sayrışan aritmiya ciddi xəstəlikdir, vaxtında müalicə olunmasa, problemlərə səbəb ola bilər.
Məlumdur ki, bəzi qida əlavələri və mənbələri aritmiya yarada bilər.
"Medicina" xəbər verir ki, pendirin bəzi növlərində olan amintuşusu da ürək ritmini pozur.
Tiramin adlı maddə parmenzan, çedder, bərk sarı pendir, eləcə də salyami və soyada çoxdur.
Belə qidaları çox tedikcə maddə orqanizmdə, qanda toplaşaraq, birləşmələr əmələ gətirir.
Bu da ürək ritminin pozulmasına səbəb olur.
Sayrışan aritmiyada kiçik kameralar ritmik yığılıb açılmır. Bu zaman taxikardiya insanı narahat edir.
Bu proses ürəyin daxilində tromb əmələ gəlməsinə səbəb ola bilər.
Yüksək tərkibli şəkər, kofein, natrium, qlütenli qidalar və iri yaşıl yarpaqlı tərəvəzlər də bu baxımdan təhlükəli ola bilər.
Tiramin maddəsi təzyiqi yüksəldib, aritmiya tutnası verə bilər. Bu xəstələr qidalarına fikir verməlidir.
Aygün Musayeva