Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pəncərəsiz və havasız ofisdə işləyənləri hansı xəstəlik gözləyir?

  • 2023.10.04 18:46
  • 2694 Baxış
Pəncərəsiz və havasız ofisdə işləyənləri   hansı xəstəlik gözləyir?

Diabet xəstələri üzərində yeni araşdırma iş yeri və şəraitinin qanda şəkərə mənfi təsir edə biləcəyini sübut edib.

“Medicina” xəbər verir ki, insanların çoxu qapalı yerdə həftədə 40-45 saat işləyir. Mağaza, məktəb, zavod, anbar, ofis və s. yerlərdə çalışanların şəkər olmaq riski yüksəkdir.

Tədqiqat müddətində 13 şəkər xəstəsi 10 gün ofis şəraitində gündə 7 saat qalıblar.

Müyyən olunub ki, pəncərə qarşısında əyləşənlərdə qanda şəkər az qalxıb.

Süni işıqlandırılan pənrəcəsiz otaqda əyləşənlərdə isə şəkər daha yüksək çıxıb.

İnsanlar uzun müddət pis işıqlandırılan, qapalı, havasız ofislərdə çox qalmamalıdır. Gün işığı bioloji ritmlərə müsbət təsir edir. Məhz bu ritmlər qanda şəkərə böyük təsir edir.

Diabet xəstələrində şəkər yüksəlir, hələ diabet olmayanların isə riski artır. Insanlar iş yerində yerini dəyişməklə, arada gün işığına çıxmaqla, pəncərə qarşısında əyləşməklə bu təsirin qarşısını ala bilər.


Aygün Musayeva