Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pekində iyulun sonuna kimi koronavirusu ləğv edəcəyik- Çin hökuməti

  • 2020.06.25 15:36
  • 1057 Baxış
Pekində iyulun sonuna kimi koronavirusu ləğv edəcəyik - Çin hökuməti


Çin hökuməti koronavirus infeksiyasının iyul ayının sonuna qədər aradan qaldırılacağını proqnozlaşdırıb.

Medicina.az xəbər verir ki, bunu Tnantszin Ənənəvi Tibb Universitetinin rektoru Çjan Boli bildirib.

O qeyd edib ki, vaxtında və qətiyyətli hökumət tədbirləri sayəsində COVID-19-un yayılması tam nəzarət altında qalır. Ç.Boli ümid etdiyini bildirib ki, iyun ayının sonunda yeni halların gündəlik artması tək rəqəmə, iyulun ortalarında isə sıfıra endiriləcək.

“İnfeksiyaların erkən aşkarlanması və yoluxmuşların vaxtında təcrid olunması sayəsində xəstələrin 90%-dən çoxu xəstəliyi yüngül keçirir”, - deyə, o əlavə edib.

Xatırladaq ki, ötən həftə Pekində ən böyük “Sinfadi” topdansatış bazarında koronavirusun yayılması aşkarlanıb. İyunun 11-dən şəhərdə 269 yoluxma aşkarlanıb.

Çin epidemioloqları bazarda tapılan koronavirus infeksiyasının Avropadan gətirildiyini iddia edirlər.