Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pəhrizlə arıqlaya bilməyənlər - Bunu etməlisiniz ki, effekt görəsiniz

  • 2019.01.17 17:27
  • 12957 Baxış
Pəhrizlə arıqlaya bilməyənlər -  Bunu etməlisiniz ki, effekt görəsiniz

Adelaida Universitetinin alimləri daha tez arıqlamağın yollarını araşdırıblar. Bunun üçün onlar artıq çəkidən əziyyət çəkən 88 qadın üçün pəhriz proqramı tərtib edərək, çəki atılmasının tempini izləyiblər.

 

Medicina.az bildirir ki, iştirakçıları 3 qrupa ayıraraq hər birinə arıqlamaq tapşırılıb. 1-ci qrupa daxil olan qadınlar gün ərzində gündəlik rasionlarının 70%-ni təşkil edən qida ilə qidalanıblar. İkinci qrupda olan qadınlar həftədə bir neçə dəfə tam aclıq edərək qalan günlərdə əvvəlki qaydada qidalanıblar. 3-cü qrupdakı qadınlar pəhriz günlərini tam aclıq günləri ilə növbələşdiriblər.

 

Məlumdur ki, arıqlamaq üçün az yemək lazımdır. Amma bizi insanlar ac qaldıqları təqdirdə sonrakı günlərdə əvvəlkindən də çox qida qəbul edirlər. Bəs əgər həftənin müəyyən günlərini tam ac qalaraq digər günləri əvvəlki qaydada qidalansa nə baş verər? Eksperiment çərçəvəsində həftədə 2 gün yalnız yüngül səhər yeməyi yeyilməklə tam aclıq günü elan olunur.

 

Maraqlıdır ki, bu minvalla 10 həftə ərzində hər gün az qidalanaraq tutulan pəhrizdən fərqli olaraq daha sürətli arıqlama qeydə alınıb. Bundan sonra qadınların sağlamlıq göstəricilərində də bir sıra irəliləyişlər nəzərə çarpıb.

 

Arzu

Medicina.az

Pəhrizlə arıqlaya bilməyənlər -  Bunu etməlisiniz ki, effekt görəsiniz