Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pəhriz zamanı zərərli içkilər

  • 2023.04.10 16:20
  • 1439 Baxış
Pəhriz zamanı zərərli içkilər
Diyetoloqlar zərərli pəhriz içkiləri barədə dieta saxlayanları xəbərdarlıq edib.

“Medicina” xəbər verir ki, bəzi pəhriz içkiləri var çəki atmaq əvəzinə xəstəliklər qazana bilərik.

Diyetoloq Kristina Vinaqradova bildirir ki, acqarnına uyğun olmayan içkilərin istifadəsi mədə - bağırsaq selikli qişasının zədələnməsinə səbəb ola bilər.

Mütəxəssis izah etdi ki, alkoqolun acqarına qəbulu mədə mukozasının qıcıqlanmasına səbəb olur. Boş mədəyə tez-tez belə içki qəbulu qastrit və xoraya gətirib çıxarır.

Qəhvəyə gəldikdə, onu acqarına qəbul etmək (xüsusilə tünd və südsüz) həzm sisteminin selikli toxumasın qıcıqlandırır və iltihabla əlaqəli mövcud patologiyaların (məsələn, qastrit, duodenit) kəskinləşməsinə səbəb ola bilər.

Öz növbəsində, isti çay, acqarına qəbul edildikdə, yalnız qıcıqlandırmaq deyil, həm də selikli qişaya zərər verə bilər. Hər şeyi isti yemək və içmək vərdişi olan insanlar bunun fərqinə varmasalar da bədxassəli şişlərin (xüsusilə də yemək borusu xərçəngi) riskini artırırlar.

Bundan əlavə, dietoloq acqarına şirinləşdirilmiş içkilər qəbul etməməyi tövsiyə edib. Onların qəbulu qan qlükozasının kəskin artmasına gətirib çıxarır ki, buna orqanizm çox miqdarda insulin buraxaraq reaksiya verir.

Bir insan tez-tez acqarına şəkərli içkilər qəbul edərsə, o, insulin müqavimətini inkişaf etdirə bilər - hüceyrələrin insulinin yüksək konsentrasiyasına alışması. Belə şəraitdə 2-ci tip diabet tez-tez inkişaf edir.

Boş bir mədəyə bitki çayları, ən yaxşısı isə adi su içə bilərsiniz.

Günay Quluzadə