Kökəlmək istəməyənlər qidalarına diqqət edirlər.
Medicina.az ailem.az-a istinadən pəhriz saxlayanlar üçün dadlı və asan hazırlanan ispanaq salatının reseptini təqdim edir:
Ərzaqlar:
- 1/2 kq ispanaq yarpağı
- 3-4 dənə təzə soğan
- 1 dənə quru soğan
- Cəfəri
- Şüyüd
- 1 ədəd qaynadılmış və didilmiş toyuq filesi
- 2-3 şorba qaşığı zeytun yağı
- Duz, qırmızı istiot
Sous:
- 2 xörək qaşığı qatıq
- 1 xörək qaşığı mayonez
- 1 xörək qaşığı sirkə
- 1 çay qaşığı xardal
- 1 diş əzilmiş sarımsaq
(Sous bir gün əvvəldən hazırlanıb soyuducuda qalmalıdı)
Hazırlanması:
Yarım kilo ispanaq yarpağı, yaşıl və rəndələnilmiş quru soğan, cəfəri, şüyüd və qaynadılıb didilmiş toyuq filesi doğranıb qarışdırılır. Zeytun yağı tökülür. Bir gün əvvəli hazırlanılan sousla qarışdırılıb servis edilir.