Az yeyib, pəhriz saxlayıb, amma 1-2 kq-dan artıq arıqlamayan insanların sayı günbəgün artır.
“Medicina” xəbər verir ki, diyetoloq Mariya Aldoninanın sözlərinə görə, bunun səbəbi aşağıdakılar ola bilər:
Fiziki fəaliyyətin az olması. İnsan orqanizmi müəyyən miqdarda fiziki fəaliyyətə və hərəkətə alışır. Əgər azalıbsa, o zaman az yeyərək də çəki qazana bilər .
Bədənə fiziki yük artıb . Adətən əzələlər yağdan daha ağırdır. Bir çox insanlar məşq etməyə başlayanda, ilk olaraq çəki alır və onların yağları əzələ kütləsinə çevrilir.
Stress. Bədən stress altında olduqda, iştahın artmasına səbəb olan kortizol hormonu ifraz olunur. Bundan əlavə, stresli anlarda bədən fizioloji olaraq daha sürətli yağ toplayır, bu da çətin şəraitdə çəki atmağı ləngidir.
Yanlış içkilər. İçkilərdəki kaloriləri çox vaxt unuduruq. Şəkərli qazlı içkilər və şirələr bizi yeməkdən də çox kökəldir.
Qida çatışmazlığı. Qəribədir ki, insan çox az yedikdə çəki arta bilər. Bu vəziyyətdə bədən enerjiyə qənaət rejiminə keçir və daha az kalori yandırır, yəni insanın ac qalacağını düşünüb piy kütləsini yığır.
Aynurə Məmmədova