Arıqlamaq istəyən bir çox insan özünə uyğun pəhriz növü axtarır. Ancaq istənilən pəhrizi yalnız müəyyən müddət ərzində tətbiq etmək mümkündür. Ona görə də pəhriz saxlamaqla ideal çəkiyə qovuşanlar belə daha sonra yenidən kökəlirlər.
Mütəxəssislər bunun qarşısını almaq üçün pəhrizdən imtina etməyi, sağlam qidalanmanı həyat tərzi halına gətirməyi tövsiyə edirlər.
Medicina.az xəbər verir ki, qida mütəxəssislərinin fikrincə, pəhrizsiz arıqlamağın 2 yolu var:
1-ci yol: balanslı yuxu, qidalanma və hərəkətlilik - Meyvə-tərəvəz, ət və süd məhsullarının üstünlük təşkil etdiyi balanslı qidalanma, hər gün bol miqdarda su içmək, bununla yanaşı, gün ərzində aktiv olmaq (gəzmək, velosiped sürmək və ya qaçmaq) sizi fərqinə varmadan istədiyiniz çəkiyə çatdıracaq. Həmçinin orqanizmi 8-9 saatlıq yuxu ilə təmin edərək arıqlama prosesini sürətləndirə bilərsiniz. Bütün bunlar maddələr mübadilənizi sürətləndirərək ideal çəkiyə qovuşmağınızı asanlaşdıracaq.
2-ci yol: yemək saatlarına diqqət etmək: Yeməkdən 4-5 saat sonra leptin hormonu işə düşərək yağları yandırır. Bu hormon yığılmış yağları qan şəkərinə çevirərək lazımi enerjini təmin edir. Hormon saat 02:00-05:00 arası ən yüksək səviyyədə ifraz olunur. Buna görə də saat 20:00-dan sonra qida qəbul etməmək tövsiyə olunur.
Aysel