Düzgün qidalanmada protein orqanizm üçün vacib rol oynayır.
“Medicina” xəbər verir ki, dietoloq Rusakova pəhriz saxlayanlara əti nə ilə əvəz edəcəklərini bildirib.
Bütün əzələ kütləsi, dəri, saç, dırnaqlar, immunitet sistemini amin turşularından ibarət zülallar təşkil edir.
Əgər orqanizmdə zülal təmin olunmazsa, orqanizm zəifləyir. Ət insan orqanizmi tərəfindən daha yaxşı mənimsənilən zülalların əsas təchizatlarından biridir. Lakin ət pəhriz zamanı daha az istifadə olunan qida məhsuludur. Həkim bildirdi ki, əti əvəz edən qidalardan istifadə etmək mütləqdir.
Ümumiyyətlə bitki mənşəli qidalar zülalla zəngin olur Bu da qanda xolesterinin səviyyəsinin artmasına səbəb olmur. Pəhriz zamanı qidalanmada protein tərkibli qidalara üstünlük verilir.
Həkim qeyd etdi ki, yumurta, qoz, findıq, lobya belə proteinli qidalar əti əvəz edə bilər.
Günay Quliyeva