Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pəhriz saxladı, erkən klimaks oldu - Pəhrizlərin zərərləri

  • 2019.09.04 16:11
  • 5903 Baxış
Pəhriz saxladı, erkən klimaks oldu -  Pəhrizlərin zərərləri
Çoxsaylı pəhrizləri sınamaq, uzun müddət dietada olmaq və arıqlamaq bir çox qadınları erkən menopauzaya yaxınlaşdırır və menstruasiyanı kəsir.


Medicina.az xəbər verir ki, 29 yaşlı Emma Neysut 14 yaşından kök olduğu və hormonal disbalansdan əziyyət çəkdiyi üçün pəhrizlərlə artıq çəkisi ilə mübarizə aparmağa öyrəşmişdi.


Nəhayət ki, o 72 kq arıqlayıb. Bu nəticəyə çatmaq üçün qız hər gün 2 saat kardio məşq edib, qaçıb və yalnız yumurta, tərəvəz və toyuq əti yeyib.

İdeal çəki və bədənindən zövq alan qız başına gələnləri bilmirdi.  Arıqladıqdan 6 ay sonra onun menstruasiyası yoxa çıxdı.


Daha sonra qida tələbatı ağlasığmaz məcraya yönəldi:

 

" Mən bütün günü desert, şirniyyat yemək istəyirdim. Dostlarımla yemək olan heç yerə getmirdim. Özümə qapanmışdım. Hardasa nəsə yesəm, səhər tezdən idman zalına qaçıb, məşq edirdim. Hamı mənə ağlını itirmiş kimi baxırdı”.


Ekstremal pəhrizlər qadının toxumalarında piy ehtiyatını azaltdı, zülal azaldı, bu da cinsi hormonların hasilatını dayandırdı və menstruasiya kəsildi. 

Bundan sonra Emma özünə zülüm etməyi dayandırdı, intuitiv olaraq nə istəyirdisə onu yeməyə başladı, bədənin tələb etdiyi qidaları ona  verdi və həyatdan zövq almağa başladı.


Çəkisi artdıqca menstruasiya da bərpa olmağa başladı.


İndi 95 kq olan Emma bədənindən razıdır, onunla barışıb və qəbul edib. "Mən o faktı qəbul etdim ki, instagramdakı modellər kimi heç vaxt olmayacam, ona görə mən o səhifələrdən çıxdım. Hər kəs öz həyatını yaşamalıdır. Hər qadın unikaldır və bunu qəbul edib həyatını yaşamalıdır”.