Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peçenye, sosis... - Kişilərdə bağırsaq xərçəngi yaradan QIDALAR

  • 2022.09.05 14:37
  • 1505 Baxış
Peçenye, sosis... - Kişilərdə bağırsaq xərçəngi yaradan  QIDALAR

Kişilər hər kəsdən daha çox qazlı içki, şirniyyat, sosisdən uzaq olmalıdır.


"Medicina" xəbər verir ki, yeni elmi araşdırma bağırsaq xərçənginə ən çox səbəb olan qidaları açıqlayıb.


Müxtəlif peçenye, ekler, pirojnalar, qazlı içkilər, sardelka, salyami, sosis, kolbasa kişilərdə bağırsaq xərçənginin əsasını qoyur.

Boston universitetinin alimləri 15000 kişi üzərində 28 il elmi müşahidələr aparıb.

Onlar iştirakçıların qidalanma tərzini dəyərləndirib. Onlar hər il nə yedikləri barədə anket doldurublar.

Məlum olub ki, yüksək dərəcəli emal edilmiş qidalar yeyən kişilərin 30%-i bağırsaq xərçəngi olub.

Belə qidaları az yeyənlərdə isə risk az olub.

Qadınlarda da maksimal hazır qidalar yeyənlərdə bağırsaq xərçəngi riski 17% yüksək olub.

Aygün Musayeva