Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Paytaxtda yayılan qorxulu xəstəlik - qrip, yoxsa?

  • 2019.11.04 10:51
  • 6910 Baxış
Paytaxtda yayılan qorxulu xəstəlik -  qrip, yoxsa?
Tanınmış həkim onun adını dedi
və iki səbəb gətirdi; "Yaxşı olardı ki, immuniteti zəif olan insanlar
vitamin həblər qəbul etsinlər...”

 

 

Adəti üzrə payız mövsümü özü ilə bərabər bir çox xəstəliklər
də gətirir. Havaların dəyişkən keçməsi nəticəsində həm böyüklər, həm də
uşaqlar arasında öskürək, soyuqdəymə kimi xəstəliklərin yayılması artır.
Xüsusən də son günlər güclü öskürəklə müşayiət olunan virusların da
artdığı müşahidə olunmaqdadır. Bəs bu cür viruslardan özümüzü necə
qoruyaq?


 


Medicina.az xəbər  verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat”a danışdı:


 


"Payız mövsümü başlayanda adətən soyuqdəymə halları tez-tez baş verir.
Doğrudur, payızın ilk ayı çox isti keçdi, bu da öz təsirini göstərir.
Belə ki, hava müəyyən saatlarda isti olur, bir qədər keçdikdən sonra isə
birdən-birə hava soyuyurdu. Beləliklə, insanlar  geyim məsələsindən
çaşqın qalırdılar və havaya uyğun doğru geyim seçmirdilər. Seçilən geyim
gün ərzində baş verəcək müəyyən temperaturlara uyğun olmalıdır.


 


 


 



 


 


 


 


Digər tərəfdən, payız mövsümü başlayanda meyvə-tərəvəz azalır, immun sistemi
nisbətən zəifləyir. Bu da ki, soyuqdəyməyə gətirib çıxarır.
Bəziləri bunu qrip adlandırır, amma əslində tibbi adı kəskin respirator
xəstəliyidir. Bu zaman boğazdakı viruslar aktivləşir və burun axması, öskürək,
nəfəs yollarının qıcıqlanması, hərarətlə müşahidə olunur. Bu əlamətləri
görəndə insanlar onu qrip adlandırır. Qeyd etdiyim kimi bu, qrip deyil.
Adətən qrip infeksiyası olanda bütün dünya bu barədə məlumat verir".


 


 


 


 


Tanınmış həkim viruslardan qorunmağın yollarından da söz açdı:


 


"Bir nəfər xəstələndisə, artıq virus yoluxdurma qabiliyyəti yüksək
olduğu üçün başqalarına da keçir, xəstələnir. Tez-tez müşahidə edirik
ki, mövsümi xəstəlik kimi xeyli insan xəstələnib. Ona görə də ictimai
nəqliyyatda, əhalinin çox olduğu yerlərdə, bağçada, məktəbdə maska ilə
gəzmək lazımdır ki, viruslara yoluxmayaq. Bəzən maskalara komplekslə
yanaşırıq. Amma maskadan istifadə etmək vacibdir. Daha bir vacib məsələ,
bir az öncə qeyd etdiyim kimi, geyimlərdir. Ayaqqabı, bədənin ümumi və
alt geyiminə mütləq diqqət etmək lazımdır. Bu mövsümdə hava kəskin
dəyişə bilir. Məlum olduğu kimi paytaxt Bakı küləkli şəhərdir. Bu
məsələni də unutmaq olmaz. Qidalanmaya da diqqət etmək lazımdır. Yaxşı
olardı ki, immuniteti zəif olanlar vitamin həblər qəbul etsin. Bronxial
asması, ürək xəstəlikləri olan xəstələr vaxtaşırı həkimə müraciət
etməli, xəstəliklərini nəzarətdə saxlamalıdırlar.


 


 


Həmçinin  bu mövsümdə mədə-bağırsaq xəstəlikləri kəskinləşir. Bununla
bağlı vaxtında tədbirlər görmək lazımdır. Hər halda fəsil dəyişəndə
buna hazır olmalıyıq".


 

Paytaxtda yayılan qorxulu xəstəlik -  qrip, yoxsa?