Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payızda yeni infeksiya növləri yarana bilər - ÜST-dən XƏBƏRDARLIQ

  • 2021.06.21 16:53
  • 1575 Baxış
Payızda yeni infeksiya növləri yarana bilər   - ÜST-dən XƏBƏRDARLIQ

Dünya Səhiyyə Təşkilatı (ÜST) gələn payızda Avropa Birliyində yeni koronavirus infeksiyasının yaranma ehtimalı barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, hazırda bir çox Avropa ölkəsi məhdudiyyətləri və məcburi maska taxmaq qaydasını ləğv edir. Lakin ÜST pandemiyanın hələ keçmədiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosundan bildirilib ki, bu yaxınlarda Avropa ölkələrinin əksəriyyətində yoluxma, ağırlaşma və ölüm sayında azalma müşahidə olunmasına baxmayaraq, pandemiya bitmiş hesab oluna bilməz.

Təşkilat yay aylarında səyahətlərin artacağını, insanların kütləvi şəkildə yığışmaq üçün daha çox fürsət əldə edəcəyini və bu səbəbdən virusun yayılma potensialının artacağını qeyd edib. Bundan əlavə, mütəxəssislər yeni koronavirus ştammları ilə xəstələnmə sayının artmasından qorxurlar.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Stefan De Keersmaxerin sözlərinə görə, AB-də fövqəladə vəziyyətin bərpası üçün kriteriyalar və böhran vəziyyətləri üçün bir sıra layihələr yaratmağı təklif edilib. /publika.az/