Payızda xəstələnməmək və aktiv olmaq üçün gündə hətta 3-4 fincan təbii, təmiz qəhvə içmək lazımdır.
"Medicina" xəbər verir ki, dietoloq həkim Mixail Qinzburq sağlam insanlara, xüsusən gənclərə payızın sağlamlıq içkisini açıqlayıb.
"Hər gün davamlı 3-5 fincan təbii qəhvə içmək payızda həyat enerjisini artıracaq. Bu barədə çox ciddi elmi araşdırmalar var. Norma həddində çox qəhvə içənlə çox az içənlər müqayisə olunub.
Qəhvə içənlər çox az xəstələnib, xüsusən onkoloji xəstəliklər.
Norma həddində çox qəbul gündə 5 fincana qədərdir.
Bir pors 60 milliqramdır. Bu içki iş qabiliyyətini stimulə edir, kofein, flavonoidlər, serebramin bioloji aktiv təsir edir, orqanizmdə iltihabi aradan qaldırır.
Digər sağlamlaşdırıcı içki kakaodur. Gündə 2 pors kakao da içmək faydalıdır. Xüsusən qəhvə içməyənlər bunu içsin".
Aygün Musayeva