Payızda qaraciyəri aktiv saxlamaq üçün mövsümün aktual qidalarını seçmək lazımdır.
“Medicina” xəbər verir ki, qaraciyər ən sakit, lal orqandır. O ağrımır və problemini gec biruzə verir.
Qastroenteroloq bildirib ki, çox insanlar öd kisəsi, qaraciyəri təmizləmək, ödü qovmaq barədə düşünür və bunun üçün qaraciyər dərmanları içirlər.
Amma çox hallarda təmizləyici xalq təbabəti metodları və bu dərmanlar işə yaramır. Çünki qaraciyəri təmizləməyə ehtiyac yoxdur.
“Sağlam qaraciyərə heç bir əlavə təmizləyici prosedurlar lazım deyil. Qaraciyər sağlamlığının əsasını hərəkət, lifli qida və şəkəri azaltmaq tutur.
Bu orqanın əsas sevdiyi qidalar – balqabaq, çuğundur, giləmeyvələr- qarağat, moruq, böyürtkəndir.
Bu meyvələr A, B vitaminləri, fosfolipid və antioksidantlarla zəngindir. Bunlar isə qaraciyər hüceyrələri üçün tikinti materialıdır.
Qaraciyəri məhv edən şəkər və früktozadır. Əgər çox şirni istəyirssizsə, gündə 25 qram tünd şokolad yeyə bilərsiz.
Qəhvə də qaraciyərə antioksidant təsiri edir. Amma sutkada 2 fincandan artıq içmək olmaz. Qəhvəni digər güclü antioksindant yaşıl çayla əvəz edin.
Adətən, qaraciyərin 3 xəstəliyinə çox rast gəlinir: yağlı qaraciyər, toksiki hepatit və sirroz.
Qaraciyərdə həddən artıq yağ hüceyrələri toplandıqda artıq həyat tərzini dəyişmək, pəhriz və fiziki aktivlik lazımdır”.
Həkim qeyd edib ki, qaraciyər üçün ideal pəhriz Aralıq dənizi pəhrizidir.
Aygün Musayeva