Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payızda özünüzü xəstəliklərdən qorumaq üçün yatmalısız - İmmunoloq

  • 2022.10.21 18:03
  • 2334 Baxış
Payızda özünüzü xəstəliklərdən qorumaq üçün yatmalısız  - İmmunoloq


İnfeksiyaların tüğyan etdiyi mövsümdə özünüzü xəstəliklərdən qorumaq üçün keyfiyyətli yuxu və vitaminlər lazımdır.

"Medicina" xəbər verir ki, immonoloq Andrey Prodeus immuniteti qorumağın yollarını açıqlayıb.


"İmmun sistem üçün ən yaxşı dəstək konkret olaraq yuxu və vaxtında yatmaqdır.
Yatağa axşam saat 11-də girməlisiz. Siz artıq 2-də yuxuda olmalısız.

Eləcə də D vitamin və dəmirlə zəngin qidalar yeməlisiz. Soyuq aylarda yağlı və ət yeməklərinə önəm verin.

İnsan küçədə soyuq havadan xəstələnmir. Virusa qapalı məkanda, adam çox olan yerdə, xəstə adamla təmasdan yoluxursuz.

Özünüzü stresə salmayı, gün ərzində 3-4 saatdan bir özünüzə 10-15 dəqiqə dinclik verin.
Qış olmasına baxmayaraq, az da olsa adi təmiz su için".

Aygün Musayeva