Rusiyada yay artımı 6-cı dalğa hesab olunur. Omikron və Kentavr mutasiyaya uğrayaraq daha yoluxucudur və xəstələr daha ağır keçirməyə başlayıb.
"Medicina" xəbər verir ki, ekspert Aleksandr Solovyeyin sözlərinə görə, bu dalğa sentyabrda enəcək, amma sonra yoluxmanın növbəti yüksəlməsi müşahidə olunacaq.
"Biz Avropa ölkələrində də eyni vəziyyəti görürük: 6 həftə ərzində maksimal yoluxma olur, sonra davamlı enmə. Hazırda yoluxmanın aydın sezilən enməsi görünür.
Bir çox dövlətlər şəhərlərdə sularda antigenlərin monitorinqini aparır. Bu epidemioloji vəziyyəti qiymətləndirmək üçün ən effektiv metoddur.
Sentybardan 6cı dalğaya təkanı məktəblilər verəcək.
Oktyabrdan isı bizi koronavirusun digər variantlarının hücumu gözləyir.
Müxtəlif nöqtələrdə kovidin onlarla yeni variantı izlənilir, lakin hansının lider olacağını demək çətindir.
Pandemiya isə 3 ildən 5 ilə kimi davam edəcək. 3 il keçdi. bitmədisə, deməli 5 il sürəcək.
Ona görə sentyabrdan karantin qaydalarına qayıtmaq lazımdır"
Aygün Musayeva