Payız aylarında koronavirus epidemiyasının ikinci dalğasını gözləyirik.
Medicina.az xəbər verir ki, bu barədə İranın Səhiyyə nazirinin müavini İrəç Hərirçi bildirib.
O, qarşıdakı iki ayda bir neçə əyalət istisna olmaqla ölkəboyu yoluxma hallarının azalacağını proqnozlaşdırıb: “Digər əyalətlərdəki artım ölkə miqyasında azalmaların qarşısını ala bilməyəcək”.
Nazir müavini, həmçinin havaların isinməsi ilə koronavirus arasında əlaqə olmadığını deyib. O, Hürmüzgan əyalətində havanın temperaturunun 35 dərəcə olmasına baxmayaraq, buradakı balıq bazarında 107 nəfərdə koronavirus aşkarlandığını vurğulayıb.
“Erkən diaqnoz virusun yayılmasının qarşısını aldı. Əks təqdirdə, minlərlə insan koronavirusa yoluxacaqdı”, - deyə, o bildirib.