Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payızda daha çox yağlı qidalar yeyilməlidir

  • 2022.09.09 15:08
  • 2195 Baxış
 Payızda daha çox yağlı qidalar yeyilməlidir


Havalar soyuduqda rasionda yağlı qidaları artırın.


"Medicina" xəbər verir ki, endokrinoloq Aleksey Kalinçev heyvan mənşəli yağların, salo, piy, quyruğun payızda vacib olduğunu bildirib.

"Belə qidalar uzun müddət toxluq verir və termotənzimləyici sistem üçün vacibdir.

Eləcə də yağlı süd məhsulları, pendir, yağ, kəsmik lazımdır.

Günorta yeməyində bol zülal və mürəkkəb karbohidratlar olmalıdır.

Müəyyən dozada kərə yağı, bitki yağları qəbul edilməlidir.

Əgər artıq çəki varsa saat 6-dan sonra yağ və karbohidrat olmamalıdır.

Payız-qışda immuniteti dəstəkləmək üçün 2 vacib vitamin var: D və C vitamini.

D vitamininin sutkalıq qəbul dozası 5-10 min vahid olmalıdır. Çünki qışda kəskin defisit olur".


Aygün Musayeva