Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payızda da ayaqları tərləyənlər nə etsin? – Podoloqdan məsləhət

  • 2023.09.28 16:30
  • 2042 Baxış
Payızda da ayaqları tərləyənlər nə etsin?  – Podoloqdan məsləhət


Tərli, nəm, qoxulu ayaqlar podoloqlara müraciətlərin əsas səbəbidir. Hətta qışda, soyuqda da ayaqqabısı nəmlənən, ayağı tərləyən insanlar var. Bu bir çoxları üçün kabusa çevrilir.



“Medicina” xəbər verir ki, podoloq Mariya Nikolayevna tərləyən ayaqlardan xilas olmağın yollarını açıqlayıb.

“Nəm ayaqlar sindromu müxtəlif səbəblərdən ola bilər. Bu genetik, endokrin xəstəliklər, stress, gigiyenik normaların olmaması, zərərli və düzgün olmayan ayaqqabı, damar problemi və s.

Əgər artıq bu problem varsa, müntəzəm olaraq, gündə 2 dəfə ayaqlar sabun və ilıq su ilə yuyulur. Daban və pəncə üçün tərə qarşı ayaq aerozolu və kirşanı, mazı istifadə olunur.

Evdə tərləməyə və göbələyə qarşı effektiv çobanyastığı, palıd qabığı, sürvə (şalfey) vannaları edin.

Eləcə də ayaqları duzla sürtün.

Yaxşı olar ki, tərləməyən içlikli, nəfəs alan, ortopedik, təbii, ayaq razmeri və formasına uyğun ayaqqaabılar seçin.

Mütləq ayaqqabıları dezinfeksiya edib yuyun”.


Aygün Musayeva