Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payızda bu ayaqqabıları geyinməyin - TƏHLÜKƏLİDİR

  • 2020.09.26 11:19
  • 2394 Baxış
Payızda bu ayaqqabıları geyinməyin  - TƏHLÜKƏLİDİR

Payızda üstü açıq ayaqqabılar sağlamlıq üçün təhlükəli ola bilər.

Bu barədə həkim, travmatoloq-ortoped, tibb elmləri namizədi Konstantin Ternov “Sputnik”radiosuna verdiyi müsahibəsində danışıb.

“Son illərdə insanlar soyuq havalarda ayaq biləyini örtməyən ayaqqabı və qısa şalvar geyinir ki, bu da axilles vətərinin iltihabına səbəb olur. Ayaqlarınızı quru ayaqqabılarda saxlayın, ayaqqabılar su keçirməməli və üstü açıq olmamalıdır. Heç bir parça ayaqqabı da ayaqlarınızı qoruya bilməz”, - Ternov qeyd edib.

Mütəxəssis günorta temperatur 14 dərəcəyə çatdıqda payız ayaqqabılarına keçməyi tövsiyə edib.