Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payızda bu 2 tərəvəz hər gün yeyilməlidir – Həkim

  • 2023.11.06 20:10
  • 2766 Baxış
Payızda bu 2 tərəvəz hər gün yeyilməlidir  – Həkim


Payızın 2 super ərzağı var, onların qəbulu bir çox xəstəliklər, o cümlədən xərçəngin profilaktikasında rol oynayır.


“Medicina” xəbər verir ki, həkim Yelena Tixomirova payızda kələm və çuğundur yeməyin vacibliyindən danışıb.

“Bu 2 ucuz tərəvəz antosian-antioksidant tərkiblidir. Sərbəst radikalları zərərsizləşdirir. Sərbəst radikallar hüceyrələrdə bədxassənin aktivləşməsinə səbəb olur.

Çuğundur nə qədər tünd olsa, bir o qədər yaxşıdır.


Çuğundur həzm sisteminə də yaxşı təsir edir.
Qəbizliyi əla aradan qaldırır. Onda həll olan çox miqdarda bitki lifi var.

O ki, qaldı kələmə, onda çox miqdarda C vitamini var.

Kələmdə elə maddə var ki, qadınlarda döş xərçənginin qarşısını alır.

Üçüncü vacib ərzaq balqabaqdır. O, orqanizmi A vitamini ilə təmin edir. Hormonal balansı tənzimləyir”.


Aygün