Xurmada çoxlu kaliy var, o da ürək-damar sistemi üçün əvəzsizdir.
"Medicina" xəbər verir ki, dietoloq Nuriya Dianova xurmanın daha bir faydasını açıqlayıb.
"Xurmada xeyli miqdarda lif və müxtəlif mikroelementlər var.
Xurma yemək ürək-damar problemləri olan insanlar üçün vacibdir.
O, sidikqovucu olduğu üçün toxumalarda maye yığılması və təzyiqdə faydalıdır. Eləcə də böyrək patologiyaları olanlar üçün xurma lazımdır.
Bu meyvə C vitamini və karotinlə də zəngindir, karotin orqanizmdə A vitamininə çevrilir.
Antioksidant təsiri ilə infeksiyalara qarşı immuniteti gücləndirir.
Gündə 2 ədəddən çox xurma yeməyin".
Aygün Musayeva