Payızın sarı xurması müxtəlif vitaminlər, biotin, kaliumla zəngin olsa da, ona çox aludə olmaq olmaz.
“Medicina”xəbər verir ki, Nataliya Kruqlova yetiımiş xurmanın hansı halda zərər verəcəyini açıqlayıb.
“Bir çox xəstəliklərdə, məsələn diabetdə və həzm, mədə xəstəlikləri olanlara xurmanı çox az qəbul etmək lazımdır.
Çox qəbul etdikdə isə mədə-bağırsaq tıxanması, büzülmə, həzm pozuntusu və şəkərin artması baş verə bilər.
3 yaşa kimi uşaqlara bu xurmadan vermək olmaz.
Böyüklər üçün gündəlik norma 2 ədəddir”.
Aygün Musayeva