Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payız fəsli Azərbaycana nə zaman daxil olacaq?

  • 2024.09.18 09:41
  • 1294 Baxış
Payız fəsli Azərbaycana nə zaman  daxil olacaq?
Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Medicina.az -a verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.


Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.
Payız fəsli Azərbaycana nə zaman  daxil olacaq?