Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Payız əzginliyinə qarşı faydalı qida - Nə yeyək?

  • 2022.10.10 15:20
  • 2259 Baxış
Payız əzginliyinə qarşı faydalı qida  - Nə yeyək?


Payızda fəsil dəyişikliyinə bağlı əzginlik, fiziki gücsüzlük, enerji azlığı hiss olunur.

"Medicina" xəbər verir ki, dietoloq Vasilisa Ponomareva qaranlıq və soyuğun düşməsilə orqanizmdə başlayan bu əzginliyə qarşı faydalı qidaları açıqlayıb.

"Bir sıra qidalar enerji ehtiyatınızı artıra bilər.
Payızda daha çox balqabaq və onun tumlarını yeyin.

Balqabaq tumu b qrup vitamin, dəmir, maqniy, fosfor, Omeqa 3 ilə zəngindir. Onlar beyin və immun sistem üçün çox lazımlıdır.

Banan - enerji verir, kaliylə zəngindir.

Yağlı balıq, ayrıca balıq yağı - güclü yorğunluqla mübarizə aparır
Qoz, badam, tumlar- faydalı yağlar verərək, hüceyrələri doydurur.

Tünd qara şokolad - əhvalı yaxşılaşdırır.
Yumurta - hər gün 2 ədəd yeyin
Eləcə gün ərzində 1 litr yarım su için.


Aygün Musayeva