Paxıllıq nədir, nə vaxt yaranır və onunla necə mübarizə aparmaq olar?
“Medicina” xəbər verir ki, klinik psixoloq, psixosomatoloq Aleksandra Fedorova paxıllığın psixoloji təsirindən danışıb.
“Hər bir duyğu insan üçün vacibdir və öz funksiyası var. Duyğuları yaxşıya və pisə bölmək düzgün deyil.
Emosiya funksiyası insanın düşdüyü vəziyyətin və ya hadisələrin onun üçün nə demək olduğunu göstərməkdir. Duyğularımızı görüb fərqləndirməliyik, buna emosional zəka və ya emosional şüur deyilir. Məsələn, “ağ paxıllıq” əslində heyranlıqdır.
Adi paxıllıq isə insanın öz natamamlığının kəskin təzahürüdür. Paxıllıq həmişə insanın daxili “çatışmazlığını” ortaya qoyur.
Özümdə nail ola bilmədiyim şeylərə həsəd aparıram və başqasının buna sahib olması mənə qəzəb verir. Paxıllıq çox vaxt ona səbəb olanı məhv etmək istəyir. Məsələn, insan həmkarının yeni maşınına həsəd aparır və qəzaya düşəndə isə sevinir.
Özünüzdə emosional şüurun inkişaf etdirilməsi vacibdir - bu, özünüzü anlamağa və paxıllıq hissindən səmərəli istifadə etməyə kömək edir. Bunun üçün özünüzə, daxilinizə enin - mən niyə həmkarımı və onun yeni avtomobilini qısqanıram?
Düşünürəm ki, mən heç vaxt belə bir avtomobil üçün kifayət qədər pul qazana bilməyəcəm, çünki özümü bunun üçün kifayət qədər ağıllı,bacarıqlı, istedadlı hesab etmirəm?
Yəni paxıllıq özümü qeyri-kafi hesab etdiyimin siqnalıdır.
Paxıllıq digər insanın hansısa şəkildə daha yaxşı olması ilə bağlı deyil. Bu sənin özünlə bağlı fikirlərimlə bağlıdır.
Paxıllıq həm də yerinə yetirilməmiş məqsədlər və arzularla əlaqələndirilir. Bu vəziyyətdə paxıllıq xəyallarımıza yaxınlaşmağımıza mane olan qorxularımızı ön plana çıxarır.
Paxıllıq nə vaxt insana zərər verə bilər? Bir insan tez-tez paxıllıq keçirirsə, ancaq həyatını dəyişdirmək üçün qərarlar qəbul etmirsə. Yəni öz daxilində paxıllıq toplayır, onunla doyur, lakin potensialından öz dəyişiklikləri üçün istifadə etmir.
Əgər qısqanclıq hiss edirsinizsə, bunun üçün özünüzü günahlandırmayın. İnkişafınız üçün istifadə edin - özünüzə suallar verin:
Paxıllıq etdiyim şeyə niyə nail ola bilməyəcəyimi düşünürəm?
Mən bunu necə bilirəm? Bu doğrudurmu?
Bu məqsədə çatmaq üçün plan yaratmaq mümkündürmü?
Buna yaxınlaşmaq üçün indi nə edə bilərəm?
Mən nəyi öyrənməliyəm?
Və hərəkətə keçin! Hərəkət həmişə özünə hörmətə müsbət təsir göstərir. Özünüzü daha yaxşı başa düşmək və həyatdan zövq almaq üçün emosional şüurunuzu inkişaf etdirin.
Aygün Musayeva