Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Paslanmış qapı dəstəyinə çəkin - Əvvəlki kimi olacaq...

  • 2025.02.03 13:01
  • 269 Baxış
Paslanmış qapı dəstəyinə çəkin -  Əvvəlki kimi olacaq...

Qapı tutacaqlarının paslanması adətən metalın oksidləşməsi nəticəsində baş verir.

Medicina.az xəbər verir ki, qapı tutacaqları zamanla köhnələ və ya zədələnə bilər. Bu zaman metal səth hava və nəmlə birbaşa təmasda olur və pas başlayır.



Qapı tutacaqlarının müntəzəm təmizlənməsi pasın qarşısını almağa kömək edər. Xüsusilə rütubətli hava şəraitində onu təmiz və quru saxlamaq vacibdir.

Qapı tutacaqlarınız paslanıbsa, bu üsulla onları əvvəlki vəziyyətinə qaytara bilərsiniz...

Limonu yarıya bölün və üzərinə duz səpin. Sonra paslı hissələri bu limonla ovuşdurun. Turşu pası həll edir, duz isə ovma qabiliyyətini təmin edir.

Təmizlədikdən sonra pasın geri qayıtmasının qarşısını almaq üçün qapı tutacaqlarına pas spreyi və ya nazik bir yağ qatı çəkə bilərsiniz..

Aygün
Medicina.az