23 yaşlı Tayvanlı qız xəstəxənaya gözlərin sulanması, iltihabı, allergik reaksiyası simptomları ilə gətirilib.
Həkimlər müayinə zamanı qızın gözlərində canlı arılar görüblər.
Göz almasının dibinə kimi gedib yapışmış arıları oftalmoloqlar ehtiyatla çıxarmağa nail olub.
Medicina.az xəbər verir ki, tibbdə nadir görülən bu hadisə Tayvandda baş verib. Qız doğmalarının məzarının üstünü təmizləyərkən, külək toz, qumu gözünə çırpır. Gözünə çöp düşdüyünü güman edən qız nə qədər yusa da axşama göz sulanaraq, qızarır.
4 saat ərzində gözdə qalan arılar göz yaşı ilə qidalanıb və buynuş qişaya infeksiya düşüb. Həkimlər arıların xüsusi qaliktidlər sinfinə aid olduğunu təyin edib. Bu arıları insanın tər qoxusu cəlb edir, onları saç dibində yapışıb qala bilir.