Mama ginekoloq doğuş edən pasiyentindən təşəkkür simvolu olaraq meyvə səbəti hədiyyəsini qəbul etdiyi üçün xəstəxananın baş həkimi tərəfindən xüsusi tənbehlə işindən azad olunub.
Medicina.az xəbər verir ki, hadisə Perm şəhərinin 6 saylı xəstəxanasında baş verib.
Belə ki, ginekoloq Anastasiya Tarabrina öz instragramında pasiyentin ona verdiyi meyvə səbətini paylaşıb.
Bu fotodan sonra xəstəxananın hüquqşünası həkimin əməlində xəstəxananın qanunlarına görə korrupsiya pozuntusunun olub-olmamasını araşdırmaq barədə məsələ qaldırıb.
Həkim işindən azad edilib.
Tarabrina hüquqlarının kobud şəkildə pozulması ilə bağlı məhkəməyə müraciət edib.
3 ay davam edən məhkəmədə hakim xəstxananın işdən qovulma əmri və buna göstərilən səbəb əsassız və qanunsuz hesab edilib. Xəstəxana həkimə mənəvi zərərə görə təzminat ödəməlidir.