Masallı rayonunda aprelin 16-da fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan ər-arvad xəstəxanada vəfat edib.
Təzə Alvadı kənd sakinləri – 1968-ci il təvəllüdlü İntiqam Qədiyev və onun arvadı 1975-ci il təvəllüdlü Sevinc Qədiyeva yerləşdirildikləri 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsində vəfat ediblər.
Partlayışda cütlüyün qızı Rüfanə Qədiyeva, onun 4 yaşlı oğlu Cahid Eyvazov və 2 yaşlı qızı Zəhra da xəsarət alıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.