Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Partlayışda yaralanmış şəxsin vəziyyəti ağırdır- Həkim açıqlaması

  • 2018.01.27 13:52
  • 13048 Baxış
Partlayışda yaralanmış şəxsin vəziyyəti ağırdır-  Həkim açıqlaması
"Bakının mərkəzində baş vermiş partlayışdan sonra, bu gün səhər 08:50-də 1961-ci il təvəllüdlü Zahid Mahmudov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib”.


Medicina.az "Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov deyib.


Onun sözlərinə görə, xəstə III A,B və IV dərəcəli xəsarətlər alıb: "Bədən səthinin 90 faizi və tənəffüs yollarının 15 faiz yanığı diaqnozu ilə daxil olub. Xəstənin ümumi vəziyyəti çox ağırdır və hazırda reanimasiyada müalicəsi davam edir. Huşu aydındır. Xəstənin dediyinə görə, səhər işlədiyi dükanın qapısını açaraq içəri daxil olub və işığı yandırarkən partlayış baş verib. Sarğı olunub, yarası təmizlənib, ağrıkəsicilər vurulub, antibakterial terapiya aparılır”.