Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Parmezan pendirinin zərəri tapıldı

  • 2023.01.14 18:09
  • 2437 Baxış
Parmezan pendirinin zərəri tapıldı

Parmezan pendirinin necə hazırlandığını öyrənən bir qrup sosial media istifadəçisi bundan dəhşətə gəliblər. Onlar məhsulun istifadəsini dayandıracaqlarını bildiriblər.

Bakupost.az Daily Star-a istinadən xəbər verir ki, buna onların həmin pendirin dana və ya keçinin mədə astarında olan rennet adlı bir fermentdən istifadə edilərək hazırlanmasını öyrənməsi səbəb olub.

Sosial medianın vegeterian istifadəçiləri "Məni vegan olmağa sövq edən məlumatdır. Bunu hamı bilməlidir!!!", "Mən bu gündən tam vegetarian olmalıyam", "Beləliklə, parmezanın vegetarianlar üçün olmadığı ortaya çıxdı!", "Mən həmişə parmezanın iyrənc olduğunu deyirdim" deyə rəylər yazıblar.

Əfsanə Rəcəb