Ukrayna Ali Radasının sədri Dmitri Razumkov yenidən koronavirusa yoluxub.
O, sonuncu COVID testi cavabının müsbət olduğunu bəyan edib. Siyasətçi xəstəliyin özünü heç bir əlamətlə büruzə vermədiyini bildirib.
Qeyd edək ki, Razumkov artıq bir dəfə koronavirusa yoluxub.
Ötən ilin noyabrında xəstələnən parlament sədri virusa qarşı anticismlərə sahib olduğunu düşündüyü üçün hələ də peyvənd olunmayıb.