Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Parkinsondan qoruyacaq dieta növü tapıldı

  • 2023.09.21 18:10
  • 2143 Baxış
Parkinsondan qoruyacaq dieta növü     tapıldı


Kvins Universitetinin alimləri Parkinson riskini 22-25% azaldan dieta və qidaları müəyyən edib.

“Medicina” xəbər verir ki, alimlər zərərli və ya kasad qidalanmanın Parkinsonu 38% artırdığını müəyyən edib.

Onlar Birləşmiş Krallığın biobankında 126 min insanın məlumatını analiz edib.

Onlardan 24 saat ərzində hansı ərzaqları qəbul etdikləri soruşulub və 200 yemək və içki siyahısı hazırlanıb.

11 il ərzində bu insanların 577 nəfərində Parkinson aşkarlanıb.

25% iştirakçıda hansı ki, menyusunda bitki qidaları çox idi, onlarda bu xəstəlik 22% az rast gəlinib.
Qeyri-sağlam qidalanma Parkinsonu 38% artırır.

Alimlər süd məhsulları ilə Parkinson arasında əlaqəni təsdiqləməyib.

Daha çox 3 pors tərəvəz, yarım pors qoz və çay qəbul edənlərdə bu xəstəlik az rast gəlinib.

Parkinson zamanı hərəkət pozulması, əsmə və mədə-bağırsaq disfunksiyasıdır. Xəstəliyin dəqiq müalicəsi yoxdur.

Aygün Musayeva