Parkinson tam müalicəsi olmayan nevroloji xəstəlikdir.
Moskva xəstəxanasının nevroloji şöbəsinin rəhbəri Vera Pşeniçnikova xəstəliyin ilk simptomlarını açıqlayıb. İlk növbədə nəyə diqqət yetirmək lazımdır.
Medicina.az xəbər verir ki, həkim ilk öncə əllərdə motor funksiyasına diqqət çəkib.
“Əvvəlcə bir əl əsir, daha sonra digər əl qoşulur. Lakin bu artıq xəstəliyin kəskinləşməsi dövründə olur. Əslində isə Parkinson 10 il əvvəldən başlayıb zamanla irəliləyir. İnsanlar bunun fərqinə varmır. Parkinsonun birincin gizli əlaməti qoxubilmənin pozulması, azalmasıdır”.
Parkinson baş beynin sistem xəstəliyidir.
“Yuxunun, qoxubilmənin itməsi, pozulması, iş qabiliyyətinin düşməsi, çiyinlərdə ağırlıq da ilk simptomlardandır. Xəstələr nevroloqa gedir və onu ostexondrozdan, nevrozdan müalicə edirlər. Halbuki bu xəstədə artıq Parkinson işarətləridir”.