Parkinson xəstəliyi ilk növbədə sinir sisteminin xroniki xəstəliyi hesab edilir. Bu narahatlıq beyində yerləşən qara substansiyaların zədələnməsi ilə meydana çıxır. İnsan bu xəstəlikdən əziyyət çəkən zaman, onun əzələləri daima gərgin vəziyyətdə olur və bu səbəbdən də hərəkət aktivliyi azalır və ağırlaşır.
Həmçinin də başın və ətrafların əsməsi qeydə alınır. Bu hal əsasən sakitlik halında daha çox nəzərə çarpır. Parkinson xəstəliyi dəqiq müayinə və dərman maddələri ilə ciddi müalicə tələb edir. Amma 100 illər boyunca insanlar xalq təbabətindən istifadə edərək bu xəstəliyin əlamətlərini nisbətən yüngülləşdiriblər.
Medicina.az sizə Parkinson xəstəliyinin qarşısının alınmasında tətbiq olunan bir sıra xalıq təbabəti reseptlərini təqdim edir:
1. Vanna. Qıjı bitkisinin köklərindən hazırlanmış vanna bu xəstəlikdə yaxşı təsir göstərir. Hazırlamaq üçün 5 x/q qıjı kökünü 5 l suya tökün. Məhlulu 2 saat müddətində vam odda qaynadın.
2. Məlhəm. Dəfnə yarpaqlarından hazırlanan məlhəm də tətbiq etmək olar. Quru dəfnə yarpağını əzərək toz halına salın. 4 ç/q həmin tozu 0.5 l rafinə olunmamış günəbaxan yağı ilə qarışdırın. Qarışığı odun üzərinə qoyaraq qaynadın. Daha sonra vasitəni bir qaba tökərək bir neçə sutka saxlayın. Bu müddət ərzində vasitəni bir daha qaynadın. Yuxarı və aşağı ətrafların müalicəsi zamanı bu məlhəmdən istifadə yaxşı effekt verəcək.
3. Yağ. Yarım litrlik bankanın yarısını jasmin bitkisinin çiçəkləri ilə doldurun. Qalan hissəsinə isə bitki yağı əlavə edin. Bankanı 40 gün günəş şüalarının altında saxlayın. Qabı davamlı olaraq çalxalayın. Daha sonra soyuducuya yerləşdirin.
DƏMLƏMƏLƏR:
1. Bolqar təbib İvan Rayevin metodu Parkinson xəstəliyində yaxşı effekt verir. Bu üsul xanımotu bitkisinin tətbiqindən ibarətdir. Həddən artıq çox miqdarda istifadə edildikdə xanımotu zəhərləyici təsirə malikdir. Buna görə də təqdim edilən qaydalara ciddi olaraq riayət olunmalıdır. 30 qr xanımotu bitkisinin kökünü xırdalayın. Daha sonra onu 20 qr aktiv kömürlə qarışdırın. Daha sonra üzərinə 3 stəkan quru şərab əlavə edin. Vam odda 10 dəqiqə qaynadın. Daha sonra ocaqdan götürərək soyudun. Alınan vasitəni gündə 3 dəfə qəbul edin. Müalicənin müddəti 3 gündür.
2. Ayaqlarda olan əsməni aradan qaldırmaq üçün lavanda bitkisindən də istifadə etmək olar. 100 qr təzə və ya 30 qr quru lavanda çiçəklərinin üzərinə yarım litr araq əlavə edin. Qarışığı qaranlıq yerdə 7 gün saxlayın. Mütəmadi olaraq qarışımı çalxalayın. Hazır məhlulu yeməkdən yarım saat əvvəl gündə 3 dəfə 25-30 damcı olmaqla qəbul etmək lazımdır.
3. Parkinson xəstəsinin ümumi halını yaxşılaşdırmaq üçün itburnu dəmləməsindən istifadə edin. Bunun üçün bir neçə xörək qaşığı itburnu kökünü 1 stakan qaynar suya tökün. Qazın üzərinə qoyaraq 20 dəqiqə ərzində qaynadın. Daha sonra məhlulu soyudun və süzün. Vasitəni yeməkdən əvvəl gündə 1 dəfə yarım stəkan olmaqla qəbul edin.
4. Həmçinin şalfey dəmləməsi də yaxşı effekt verir. Yarım litr qaynar suya bir neçə çay qaşığı təzə şalfey otu tökün. Məhlulu yarım saat saxlayaraq süzün. Alınan məhlulu sutkada 4 dəfə olmaqla yarım stəkan ac qarına qəbul etmək lazımdır.
Arzu
Medicina.az