Məlumdur ki, parkinson, titrəmə, distoniya kimi hərəkət pozğunluqları, eləcə də yaşlılarda açıq depressiya, obsessiv poğunluq kimi psixiatrik xəstələrdə, habelə epilepsiya xəstələrində beyinin müəyyən hissələrində güclü və ya zəif oyanışlar əmələ gəlir.
Belə xəstələrə beyinə neyrostimulyatorun qoyulması beyində oyanma funksiyasının tənzimlənməsində effektiv təsir göstərir. Aparılmış əməliyyatdan sonra xəstələrin əksəriyyətində istifadə olunan dərman preparatlarının dozasının azadılmasına və bəzilərində isə hətta tamam dayandırmağa imkan verir.
Medicina.az xəbər verir ki, Türkiyədə bir çox öndə gedən klinikalarda, o cümlədən Gaziosmanpaşa xəstəxanasının beyin cərrahiyə bölməsində neyrostimulyator qoyulma əməliyyatı həyata keçirilir.
Neyrostimulyator qoyma əməliyyatına göstəriş ilk növbədə uzun müddət dərman preparatları ilə müalicə alan, amma qeyri-effektiv nəticə alınan xəstələrdir. Bu əməliyyat aparılandan öncə xəstələr xüsusi təyin edilmiş mütəxəssislər (neyrocərrah, psixiatr, nevroloq və s.) tərəfindən müayinə olunur və sonra əməliyyatın aparılması üçün yekun qərar verilir.
70 yaşdan yuxarı xəstələr, orta və yüksək səviyyəli əqil zəiflik və ciddi daxili xəstəlikləri olan şəxslərə fərdi yanaşılır.
Əgər siz də yuxarıda adları çəkilən xəstəlikdən əziyyət çəkirsinizsə, Türkiyədə bu əməliyyatın keçməsində təcrübəsi geniş olan klinikanı seçmək üçün FAMAX Medical Turizm şirkətinə müraciət edə bilərsiniz.
FAMAX Medical Turizm-lə əlaqə:
Tel: 012 493 22 02
050 444 30 20