Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Parkinson diaqnozu üçün qeyri-adi üsul tapıldı

  • 2024.03.13 13:43
  • 1149 Baxış
Parkinson diaqnozu üçün qeyri-adi üsul tapıldı
İsveçrədə Parkinson xəstəliyinə diaqnoz qoymaq üçün yeni üsul hazırlanıb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, Parkinson xəstələrinin bəzi halüsinasiyalara meylli olduğunu təsbit edən mütəxəssislər bu xəstəliyə diaqnoz qoymaq üçün qeyri-adi üsul tapıblar.

Onlar Parkinson xəstələrinin beynini çaşdırır və “arxalarında kimsənin olduğu hissi” yaradırlar. Məqsəd xəstəliyin yeni diaqnostikası və müalicə metodunun hazırlanmasıdır.

İsveçrə alimləri Parkinson xəstəliyinin beynin əzələ nəzarət mexanizminə təsir edən daha bir simptomunu aşkarladıqlarını bildiriblər.

“Varlıq halüsinasiyası, heç kim olmadığı halda arxanızda kiminsə olduğunu hiss etməkdir. Biz robotik sistemlə insanlarda bu hissi yaratdıq. Parkinson xəstələrinin bu vəziyyətə daha çox meylli olduğunu kəşf etdik", - deyə qeyd olunub.

170 Parkinson xəstəsi üzərində aparılan təcrübələr göstərib ki, onlar ətrafdakı insanların sayını səhv salırlar. Bunu nəzərə alan alimlər Parkinson simptomlarını aşkar etmək üçün eyni prinsiplə xüsusi virtual reallıq testi hazırlayıblar.

Diqqətə çatıdırılıb ki, erkən diaqnoz sayəsində sinir sisteminə zərər vermədən xəstəliyi ləngitmək mümkün olur. Alimlər bu xəstəliyi tamamilə müalicə edə bilməsələr də xəstələrin ömrünü artıra biləcəklərini ifadə ediblər. Onlar gələcəkdə xəstəliyin əlamətlərinin üzə çıxma yaşını 100 və ya 110-a qədər təxirə sala biləcəklərini iddia ediblər:

“Əslində bu, müəyyən mənada xəstəliyin müalicəsinə bərabərdir”.

Xatırladaq ki, dünyada 10 milyon Parkinson xəstəsi var.

Aysel