Parisdə koronavirusa yoluxanların sayının artmasına görə yeni qadağalar tətbiq edildi.
Medicina.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında bir sıra qərarlar qəbul edilib:
Paris və şəhər ətrafında sabahdan etibarən bar və hovuzların fəaliyyəti dayandırılacaq.
Restoranlarda nəzarət artırılaraq, xidmət göstərməyə davam edəcək.
Paytaxt və ətrafda ictimai yerlərdə 10 nəfərdən artıq insanın toplaşması qadağan edilir.
Şagirdlərin əyləndiyi tədbirlərə icazə verilməyəcək.
Alış-veriş mərkəzlərində hər müştəri üçün 4 metr məsafə ayrılır.
İdman mərkəzləri qapalı qalmağa davam edəcək.
Aygün Nəbiyeva