Paris Olimpiya Oyunlarının keçiriləcəyi yerlərin yaxınlığındakı havanın keyfiyyətinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına cavab vermədiyi açıqlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Fransanın hava keyfiyyətinin yaxşılaşdırılması dərnəyi "Respire" bəyanat yayıb.
“Demək olar ki, bütün idman obyektlərinin ətrafındakı hava çirklilik səviyyəsini keçib”, - bəyanatda deyilir.
“Respire”ın rəhbəri Toni Renuççi bildirib ki, belə havada yarışmaq sağlamlıq üçün təhlükəlidir.
Xatırladaq ki, daha öncə də Sena çayının həddən artıq çirkli olduğu açıqlanmışdı.
Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-da start götürüb, avqustun 11-də yekunlaşacaq.
Aysel