Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Parazitar qurdlardan bioloji metodlarla tam müalicə - Həkim məsləhəti

  • 2018.09.29 18:50
  • 23226 Baxış
Parazitar qurdlardan bioloji metodlarla tam müalicə -  Həkim məsləhəti
Helmintoz xəstəliyi parazitar qurdların orqanizmə daxil olub, toxuma üzvlərini zəhərləyən, maddələr mübadiləsini pozan, orqanizmdən qida mənbəyi kimi istifadə edərək artıb çoxalan, digər xəstəliklərin yaranmasına səbəb olan infeksion xəstəlikdir. Bu xəstəlik QİÇS və onkoloji xəstəliklərdən sonra yayılmasına görə 3-cü yerdədir. 

 

Medicina.az-a helmintozların diaqnostkası və mülaicəsi barədə məlumat verən Bioloji Təbabət Klinikasının pediatrı Sevinc Abdullayeva bunlari bildirdi:


Dünyada insanda yaşayan, yoluxan 270 qurd növü aşkar edilmişdir. Hər il dünyada 2 insandan biri helmintə yoluxur, hər il 16 milyon insanın ölüç səbəbi helmintozların payına düşür. 


Helmintlər 2 təsnifata ayrılır:


-Geohelmintlər

-Biohelmintlər


Geohelmintlər askarid, tükbaş, ankilostomidlər yumurtalar vasitəsilə inkişaf edir, xarici mühitdə, torpaqda olur. 

Biohelmintlərdə isə helmintlərin inkişafı 2-3 aralıq sahibin iştirakı ilə baş verir. 


Helmintlər bu yollarla yoluxur:


-Peroral –ağız – qida, su, çirkli əllər, meyvə-tərəvəz. 

-Kontakt- məişət əşyaları, ev heyvanları

-Transmissiv – həşəratlar, ağcaqanadlar, milçəklər

-Perkutor dəri vasitələri – hovuz, dəniz, torpaqda ayaqyalın gəzdikdə.


Helmintozlar daha çox uşaqlarda rast gəlinir. Çünki onlar ətraf mühitlə çox təmasdadırlar, şəxsi gigiyena qaydalarına əməl etməyi hələ dərk etmirlər. 

Belə xəstələrdə qeyri-düzgün temperatur reaksiyası, allergik reaksiyalar, övrə, dermatit, bronxospazm, astma tutmaları, bağırsaq pozulmaları, həzm problemləri yarana bilir.


Bundan başqa qaraciyər və başqa orqanlarda eozinofil infiltrasiyaları, qanda eozinofaliya təzahür edir. 

Qurdlar bağırsaqlardan ferment, vitamin, mikroelement, amin turşularının sovrulmasını çətinləşdirir. Böyrək, sidik yolları, ginekoloji, göz xəstəliklərinə səbəb olur. 


Uşaqlarda əzginlik, yuxusuzluq, qarında sancılar, quru öskürək, qanazlığı kimi əlamətlər verir. 

 



Diaqnostikası:


Xəstənin anamnezi toplanır, yoluxma yolları araşdırlır, qanın seroloji, immunoloji müayinəsi, nəcisin qurda görə analizi təkrar olaraq bir neçə dəfə aparılır. Eləcə də aparat müayinəsindən keçirilir. 


Bioloji müalicəsi


Son illər helmintozlar üçün çoxlu dərmanlar təklif olunur. Lakin onların heç biri 100% effekt vermir, kimyəvi dərmanlar isə istər yaşlı, istərsə uşaq xəstələrdə əlavə əks təsirlər yaradır. Xəstənin tam sağalması mümkün olmur. 


Bioloji təbabətdə helmintozların müalicəsində xəstəliyin ağırlıq mərhələsindən asılı olaraq bu müalicə üsullarından istifadə olunur:

-Drenaj – detoksikasiya terapiya

-Turşu-qələvi balansının tənzimlənməsi

-Biotənzimləyici terapiya


-İzopatik terapiya

-Mikrobioloji terapiya


Drenaj –detoksiyasiya məqsədilə toksinlərin orqanizmdən xaric olunmasına nail olan drenaj preparatlardan istifadə edilir. Daha sonra bağırsaqlar yuyulur. 

II mərhələdə antihelmint təsir göstərən dərmanlardan istifadə olunur.


III mərhələdə orqanizmin müdafiə qabiliyyətini artırmaq üçün bağırsaqların mikroflorasının bərpası, immunoloji terapiya, ortomolekulyar terapiya aparılır.

Xəstə müvafiq pəhrizə də əməl edir, ilkin antigenlər – süd, yumurta, qırmızı ət istisna edilir. 


Mikrobioloji terapiya bağırsaq mikroflorasını bərpa etmək və yerli ümminiteti tənzimləmək, həzm prosesini normallaşdırmaq məqsədilə olunur. 

Beləliklə, kompleks müalicə nəticəsində tarazlıqdan çıxmış fizioloji, təbii sistemlərini bərpa olunur, xəstəliyin simptomları yox, xəstənin özünü təbii yolla müalicə edirik. Beləcə xəstə kimyəvi dərmanların dağıdıcı təsirindən qorunaraq müalicə olur. 


Bioloji təbabətlə helmintozun müalicəsi 4-6 həftə çəkir.

 



3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;


Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;

Parazitar qurdlardan bioloji metodlarla tam müalicə -  Həkim məsləhəti
Parazitar qurdlardan bioloji metodlarla tam müalicə -  Həkim məsləhəti