Qubada tanınmış həkim paraşütdən yıxılıb öldü - VİDEO

  • 2024.10.07 10:18
  • 226 Baxış
Qubada tanınmış həkim paraşütdən yıxılıb öldü -  VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün saat 16.00 radələrində 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Medicina.az qaynarinfo-ya istinadla xəbər verir ki, Şamo Mehdiyev tanınmış stamatoloq olub.

Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olurmuş.


Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.