Paranoik insanlar çox həssasdırlar, hər şeyi şəxsən öz ünvanına qəbul edir və pis şeyin bir səbəbdən baş verdiyinə əmindirlər.
“Medicina” xəbər verir ki, insan uzun müddət ətrafında bir sui-qəsd təzahürünün olduğunu, bu və ya digər şəkildə təqib edildiyini hiss edirsə, bu paranoyadır.
Paranoidlər çox vaxt reallığa təhrif olunmuş şəkildə baxır. Digər insanların hərəkətlərində onlara qarşı yönəlmiş ardıcıllığı və məntiqi görərək, özlərinə qarşı təhlükə hiss edirlər.
Onlar adi hadisələri pis niyyətlə əlaqələndirir. Hətta corablarının itməsində sizi günahlandıra bilər.
Məlumdur ki, paranoya çox vaxt gücsüzlük və depressiya hissləri ilə müşayiət olunur. Şübhəli və problemli şəxsiyyət xüsusiyyətlərini nəzərə alaraq, paranoidlər çox vaxt tənha və təcrid olunmuş vəziyyətdə qalırlar.
Paranoyanın səbəbi məlum deyil. Alimlər xəstəlik üçün psixoloji və bioloji risk faktorlarını müəyyən edirlər.
Paranoid şəxsiyyət pozğunluğunun daha çox ailə tarixçəsində şizofreniya və anamnez pozğunluqları olan insanlarda (genetik meyl var) olduğu düşünülür.
Uşaqlıqda məruz qalan emosional və fiziki travmalar da buna səbəb ola bilər.
Günay Quluzadə