Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Paralimpiya çempionu öz istəyi ilə öldürüləcək - Ağrılara dözə bilmir

  • 2017.12.26 15:40
  • 1730 Baxış
Paralimpiya çempionu öz istəyi ilə öldürüləcək -  Ağrılara dözə bilmir
Əlil arabasında qaçış üzrə dəfələrlə çempion olmuş belçikalı idmançı Marika Vervort evtanaziya qərarı verib.


Medicina.az xəbər verir ki, idmançı artıq müalicəyə tabe olmayan ağrılar səbəbindən öz istəyi ilə ölüm qərarını gerçəkləşdirəcək. 


"Mən artıq əzablara, ağrılara dözə bilmirəm. Bu, çox çətindir. İlboyu depressiyadayam, bütün günü ağlayıram. Spazmların ardı-arası kəsilmir. Nevroloqum səhərə kimi yanımdadır, amma o da bir şey edə bilmir. Mənim bədənim qışqırır, o yorulub, o getmək istəyir. Bunlara heç bir insan dözə bilməz”, - deyə idmançı bildirib.


Bütün bədəni döş qəfəsinə kimi iflic olan qadın sağalmaz əzələ xəstəliyindən illərdir əziyyət çəkir. 2016-cı ildə Paralimpiya oyunlarından sonra evtanaziya qərarı versə də, sonradan imtina etmişdi. Lakin o hazırda rəsmi olaraq bu qərarını gerçəkləşdirmək istəyir.


Xatırladaq ki, evtanaziya Belçikada 2002-ci ildən leqallaşdırılıb.