Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Papilommavirusun xərçəngə çevrilməməsi üçün nə etməli?

  • 2025.02.19 12:40
  • 278 Baxış
Papilommavirusun xərçəngə çevrilməməsi üçün     nə etməli?

İnsan papillomavirusunun qarşısının alınması xərçəng riskini azaltmağa kömək edəcək.


“Medicina” məlumatına görə, ginekoloq Marina Krivonos bildirib ki, insan papillomavirusu (HPV) dünyada ən çox yayılmış viruslardan biridir və onun növləri xərçəngə səbəb ola bilər.


O, vurğulayıb ki, onkogen HPV olan hər altı qadından birində uşaqlıq boynu xərçəngi inkişaf edir. Kişilərdə bu virus ağız-udlağın, cinsiyyət orqanının və anusun xərçənginə səbəb ola bilər.

Həkim bu virusdan qorunmağın ən təsirli üsulun peyvənd olduğunu deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı yeniyetmə qızları cinsi aktivliyə başlamazdan əvvəl peyvənd etməyi tövsiyə edir, lakin peyvənd yetkin qadınlar üçün də faydalıdır, xüsusən də onların intim tərəfdaşı yoxdursa.


Krivonos həmçinin maneə kontrasepsiyasından istifadə etməyi tövsiyə edir, çünki prezervativlər virusun ötürülmə riskini minimuma endirir. Bundan əlavə, o, immunitet sistemini güclü saxlamaq üçün pis vərdişlərdən əl çəkməyə və sağlam həyat tərzi keçirməyə çağırıb.

Ginekoloq qeyd edib ki, “HPV diaqnozundan qorxmamaq, vaxtında müayinələrdən keçmək və sağlamlığınıza diqqət yetirmək vacibdir”.

Aygün Musayeva